Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
12:35

Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub.

News365.az xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada