Ukraynanın hava müdafiəsi gücləndirilir: Çexiyadan yeni təklif

Ukraynanın hava müdafiəsi gücləndirilir: Çexiyadan yeni təklif
13:50

Ukraynanın hava müdafiə imkanlarının gücləndirilməsi istiqamətində yeni addım atılır. Çexiya Kiyevə ümumilikdə 16 ədəd L-39 Skyfox təlim və yüngül döyüş təyyarəsinin göndərilməsi məsələsini prioritet hesab edir.

News365.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Petr Macinka məlumat verib.

Nazirin sözlərinə görə, ilk dörd təyyarənin alınması üçün maliyyə vəsaiti artıq təmin olunub. Həmin təyyarələrin 2027-ci ildə Ukraynaya çatdırılması, növbəti səkkizinin isə 2028-ci ildə təhvil verilməsi nəzərdə tutulur.

Qalan 12 təyyarənin maliyyələşdirilməsi üçün Praqa Belçika, Fransa, ABŞ və daha 12 ölkə ilə danışıqlar aparır. Macinka vurğulayıb ki, layihə kommersiya müqaviləsi əsasında həyata keçiriləcək və Çexiya dövlət büdcəsindən vəsait ayrılmayacaq. Təyyarələrin Avropa maliyyə dəstəyi hesabına alınması planlaşdırılır.

Məlumata görə, bu aviasiya vasitələri Ukraynanın dron və raket hücumlarına qarşı hava müdafiə imkanlarının artırılmasına xidmət edəcək. Layihənin ümumi dəyəri 6-8 milyard Çexiya kronu həcmində qiymətləndirilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada