News365.az xəbər verir ki, Milli Kiber Təhlükəsizlik Agentliyinin İnsan Resursları Departamentinin müdiri Təranə Xəlilova işindən azad edilib.
Onun fəaliyyətində yol verdiyi nöqsanlarla əlaqədar işdən çıxarıldığı bildirilir.
Məsələ ilə bağlı Milli Kiber Təhlükəsizlik Agentliyinə sorğu ünvanlanıb.