Komitə sədrindən hökumətə çağırış: Yeni vergi çətinliklər yarada bilər

Komitə sədrindən hökumətə çağırış: Yeni vergi çətinliklər yarada bilər
14:20
“Kənd təsərrüfatı məhsullarına 10%-lik vergi ödənişləri tətbiq olunacaq. Bu, fermerlərin və kənd təsərrüfatının inkişafı üçün müəyyən çətinliklər yarada bilər”.

News365.az xəbər verir ki, bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri kənd təsərrüfatı məhsullarına 10%-lik vergi ödənişlərinin tətbiq olunmasınının təxirə salınmasını təklif edib: 

“Çünki texniki xidmətlər, yanacaq qiymətləri bahalaşıb, belə bir vaxtda verginin tətbiq olunması elə bilirəm ki, gələcək üçün çətinliklər yarada bilər. Bunun tətbiqini mən bir vətəndaş və deputat kimi təhlükə hesab eləyərdim, çünki uzun müddətdir kənd təsərrüfatına bu vergilər tətbiq olunmayıb və sahibkarlar müəyyən qədər ayaq üstə durublar. Bundan sonra da bu məsələyə önəm verilsə, daha yaxşı olar”.


Sizin reklam burada
Sizin reklam burada