Deputatdan dərsliklərin keyfiyyəti ilə bağlı TƏKLİF

Deputatdan dərsliklərin keyfiyyəti ilə bağlı TƏKLİF
13:20

Bu gün ayrılan milyonlarla manat vəsaitin nəticəsində cəmiyyətdə haqlı etirazlara səbəb olan, qüsurlu və səthi mətnlərlə dolu dərsliklər ortaya çıxırsa, deməli, bu sahədə ciddi nəzarət boşluğu var.

News365.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.

    O bildirib ki, ayrılan vəsait daha səmərəli və məqsədyönlü xərclənməlidir.

    Deputat təklif edib ki, parlamentdə Elm və Təhsil Nazirliyinin və müvafiq qurumların iştirakı ilə mütəmadi ictimai dinləmələr keçirilsin, mövcud irad və təkliflər dinlənilsin, birgə həll yolları axtarılsın: "Eyni zamanda, dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı komitəyə ətraflı və şəffaf hesabat təqdim edilməsi təklif olunub".

    O, həmçinin dərsliklərin qiymətləndirilməsi prosesində ictimaiyyətin, tanınmış alimlərin, mütəxəssislərin və ziyalıların real iştirakını təmin etmək, məzmun keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə ekspertiza komissiyasının yaradılmasını təklif edib.

    Deputat qeyd edib ki, parlamentdən gözlənilən təkcə büdcəni rəqəmlər əsasında təsdiqləmək deyil, həm də dövlət vəsaitinin hara və necə xərcləndiyinə, xüsusilə də uşaqların təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyinə nəzarət etməkdir.


    Sizin reklam burada
    Sizin reklam burada