İsrail ordusu bu gün səhərdən etibarən atəşkəs və çərçivə razılaşmasına baxmayaraq, Livanın cənubuna yenidən hücuma keçib.
News365.az xarici mətbbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.
Bildirilib ki, ilk olaraq Nəbatiyyə yaxınlığındakı Meyfdun şəhərinin Əl-Mişə ərazisindəki bir evə İsrail tankından iki artilleriya mərmisi atılıb: "Bundan sonra hərbçilər bölgəyə giriblər. Bununla eyni anda isə şəhərin Mərcayun rayonundakı Taluse və Beni Hayyan səmtlərində də əməliyyata start verilib".
Xəbərdə itkilər barədə hələlik məlumart verilməyib.