Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq

Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
10:50

Həmin Dəli bu dəfə daha da yaxınlaşır. Səs-küyün içindən keçib insanın lap dərininə işləyir, bədənində gəzişir, ruhunda iz buraxır.

News365.az xəbər verir ki, Bakının alternativ musiqi səhnəsində özünəməxsus yeri olan Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxmağa hazırlaşır. 

Noyabrın 28-də baş tutacaq konsert qrupun yaradıcılığında yeni mərhələnin başlanğıcı olacaq.

İndiyədək duet formatında fəaliyyət göstərən kollektiv bu dəfə daha geniş musiqi heyəti ilə dinləyicilərin qarşısına çıxacaq. Xüsusi canlı çıxış üçün qrupa bas gitarada @__slou, elektro gitarada isə @mitichenko qoşulacaq. Beləliklə, Call It ilk solo konsertində dörd nəfərlik heyətlə səhnəni bölüşəcək.

Gecənin açılışını Monobro qrupu edəcək. Dinləyiciləri darkwave, synthwave və post-punk janrlarının qovuşduğu, kölgəli səslər, narahat ritmlər və saf emosiyalarla zəngin musiqi atmosferi gözləyir.

Konsert proqramında qrupun repertuarından müxtəlif kompozisiyalar səslənəcək. Genişləndirilmiş heyət isə Call It-in musiqi dünyasını bu dəfə daha dolğun səslənmə və fərqli canlı enerji ilə təqdim edəcək.

Konsert noyabrın 28-də saat 20:00-da keçiriləcək. 

Tədbirin biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.


Sizin reklam burada
Sizin reklam burada