Avropa yeni təhlükəsizlik sistemi qurmayacaq

Avropa yeni təhlükəsizlik sistemi qurmayacaq
12:45
Müəllif: Gülşən Şərif

Avropa Rusiya və ya ABŞ istədiyi üçün yeni təhlükəsizlik sistemi yaratmayacaq.

News365.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

O, bildirib ki, Rusiya Prezidenti və ya ABŞ-nin istəyinə uyğun yeni sistemin qurulması mümkün deyil:

"Sevindirici haldır ki, Avropada bu məsələdə vahid və güclü mövqe var".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Avropada təhlükəsizliklə bağlı razılaşma təklif etdiyini, lakin Avropanın bundan imtina etdiyini açıqlamışdı.


Sizin reklam burada
Sizin reklam burada