Maliyyə
Nazirliyi məlumatına görə Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi
və idxalı əvəzetmə siyasətinin dəstəklənməsi məqsədilə buğda, ət, süd, balıq və
bitki yağları kimi strateji məhsullar üzrə istehsal potensialının artırılması,
məhsuldarlığın yüksəldilməsi, intensiv istehsal üsullarının tətbiqi və dövlət dəstəyi
mexanizmlərinin nəticəyönümlü şəkildə təkmilləşdirilməsi təmin edilməlidir.
Bəs Nazirliyin
bu açıqlamasının ünvanı kimdir-kimlərdir?
Bununla
bağlı danışan iqtisadçı Natiq Cəfərli
deyir ki, sağ olsunlar ki, vətəndaşa, ictimayyətə bilgi, məlumat verirlər:
“Amma,
yaxşı, biz edək indi? Hökumət üzvləri kimdən-kimə şikayət edir? Niyə bu illər ərzində
strateji məhsullar üzrə istehsal potensialı artırılmayıb? Ünvan Kənd Təsərrüfatı
nazirliyidirsə, bir nazirlik, digərini tənqid edirsə, bunu bəyəndim, amma,
Nazirlər kabineti var, yığışın, müzakirə edin, həll yolları təklif edin, sonra
da həyata keçirin, nəticə əldə edin.
Belə bir təsəvvür
yaranır ki, rəsmi icra qurumları problemlərin ciddiliyini görür, anlayır, amma,
həll etmək əvəzinə, məsuliyyəti başqalarının üzərinə çəkməyə çalışır –
İqtisadiyyat Nazirliyi deyir ki, ÜDM-in zəif artım tempi böyük büdcə layihələrinə
pul ayrılmasının gecikməsidir, Maliyyə Nazirliyi deyir ki, vəsaitlər nəticəyönümlü
olmalıdır, elə olmur, ona görə vəsait kəsilir, azaldılır. İndi də Kənd Təsərrüfatı
Nazirliyi çıxıb deyəcək ki, ərzaq təhlükəsizliyi ilə bağlı problemləri həll etmək
üçün yerli icra başçıları institutu maneçilik yaradır.
Maraqlıdır
ki, hər bir tərəf düz deyir - doğruları etmir, özünütənqid yaxşı şeydi, amma,
bir yerə qədər. Sonra səlahiyyət və məsuliyyət məsələsi gündəmə gəlməli,
problemlər həll edilməlidir, məsuliyyəti öz üzərindən atmaq problemləri həll
etmir, əksinə, daha da dərinləşdirir... “
News365.az