MN-nin idarə rəisindən Ordumuzun arsenalına daxil olan müasir silahlarla bağlı açıqlama

MN-nin idarə rəisindən Ordumuzun arsenalına daxil olan müasir silahlarla bağlı açıqlama
14:41

Müasir silahlar yenilənir və bunların mövcud sistemlərimizə inteqrasiyası vacib məsələdir. Artıq bizim şanlı Ordumuzun arsenalına müasir, yeni silahlar əlavə edilir. Həmin silahların təhlükəsizliyi məsələsi vacib məsələdir və bunun üzərində çox ciddi çalışırıq.

News365.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüşdə çıxışı zamanı deyib.

"Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı məsələlərdə də çox böyük irəliləyişimiz var. Müəyyən auditlərin keçirilməsi və onların müsbət nəticələri artıq bəllidir. Bütün elektron xidmətlər, rəqəmsallaşma üzrə aparılan məsələlərdə kibertəhlükəsizliyin təmini bizim üçün vacib sahələrdən biridir. Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası həyata keçirilir. Müdafiə Nazirliyinin üzərinə düşən bütün tədbirlər və tapşırıqlar artıq uğurla icra olunub”, - deyə o diqqətə çatdırıb.



Sizin reklam burada
Sizin reklam burada