Bizi boğan bəd xəbərlər- Tural İrfan yazır

Bizi boğan bəd xəbərlər- Tural İrfan yazır
11:36
Dünən məqalə yazırdım. Qəfil internet kəsildi və səssizlik çökərkən küçədə işıq sayğacının qapağının açıldığını hiss etdim. Dərhal küçəyə çıxdım ki, işıq nəzarətçisi əlində kəlbətin işığı kəsib sayğacın qapağını bağlayır. Dedi 86 manat borcunuz var, 3 aydır ödəniş etməyibsiniz deyə kəsməliyik. Baş idarədən tapşırıblar ki, heç kəsin gözünün yaşına baxma. Dedim, düz deyirlər baxma, istəyirsən sayğacı da kökündən qoparıb apar.
Dünən işıqsız qaldıq. Bu gün 50 manat borc alıb ödəyib zəng etdim, söz verdim ki, qarşıdakı günlərdə qalanını da ödəyəcəm. Gəlib caladılar. Amma niyə söz verdim, hardan tapıb verəcəm, onu düşünmədən dedim...
Üstündən yarım saat keçmiş internet şəbəkəsindən sms gəldi ki, bu aydan aylıq ödənişiniz 25 AZN təşkil edəcək. Ötən aylar 16 manatdan hesablanırdı.
Qarşıdan qarlı-qanlı qış gəlir. Gəl bu limit bazarında qaza pul çatdır.
Hələ digər qayğıları, sosial problemləri abrıma qısılıb yazmıram...
Amma görürəm su yavaş-yavaş boğaza çatır.
Tural İrfan, MCP sədrinin müavini

Sizin reklam burada
Sizin reklam burada