Messinin qolu "İnter Mayami"yə qələbə qazandırdı - VİDEO

Messinin qolu "İnter Mayami"yə qələbə qazandırdı - VİDEO
30 Mar 2025 10:10

Gecə saatlarında ABŞ milli futbol liqasında (MLS) "İnter Mayami" və "Filadelfiya Yunion" qarşılaşıb.

 Fort-Loderdeyl baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda "İnter"in qələbə qolunu Lionel Messi vurub. Assisti isə Luis Suares edib.

Bununla da, Mayami klubu qələbə seriyasını dörd matça çatdırıb. Filadelfiya təmsilçisi isə son üç oyunda ikinci məğlubiyyətini alıb.

Növbəti oyunda "İnter Mayami" "Toronto" ilə, "Filadelfiya" isə "Orlando Siti" ilə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq aprelin 7 və 6-da baş tutacaq.



Sizin reklam burada
Sizin reklam burada