Sabiq xarici işlər naziri xəstəxanaya yerləşdirildi

Sabiq xarici işlər naziri xəstəxanaya yerləşdirildi
01 Apr 2025 10:03

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çetin xəstəxanaya yerləşdirilib.

News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınçış siyasətçi İzmirdə oteldə qaldığı zaman qəfildən halı pisləşib.

O, dərhal xəstəxanaya çatdırılıb və H.Çetinin beynində qan laxtalandığı məlum olub.

88 yaşlı sabiq CHP liderinin səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Hikmət Çetin bir neçə ay Cümhuriyyət Xalq Partiyasına (CHP) rəhbərlik edib, 1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, daha sonra müxtəlif vəzifələrdə çalışıb.


Sizin reklam burada
Sizin reklam burada