APL-nin XXVIII turunda 18 qol vurulub.

APL-nin XXVIII turunda 18 qol vurulub.
31 Mar 2025 21:59

Azərbaycan Premyer Liqasının XXVIII turunda 18 qol vurulub.


“Sumqayıt” – “Sabah” (3:3) oyununda 6, “Turan Tovuz” – “Qarabağ” (1:4) matçında 5, “Zirə” – “Şamaxı” (3:0) görüşündə üç qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Səbail” (hər ikisi 1:1) qarşılaşmalarının hərəsində 2 top vurulub.


Turun orta məhsuldarlığı 3,60-a bərabərdir. Bu, cari mövsümün ikinci göstəricisinin təkrarıdır. X turda da 18 qol qeydə alınıb. Mövsümün rekordu isə 19 topun vurulduğu VIII tura məxsusdur. XXVIII tur mövsümün 3 ən məhsuldarlarından biri olmaqla yanaşı, 2025-ci ilin ən qollu turu olub.


Sizin reklam burada
Sizin reklam burada