Bu gündən ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat başlayır.
Bu barədə News365.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1 – 14 aprel 2025-ci il tarixlərində aparılacaq.
İmtahan isə mayın 11-də keçiriləcək.