PKK bu ay ləğv edilə bilər

PKK bu ay ləğv edilə bilər
01 Apr 2025 10:16

PKK terror təşkilatı aprel ayında ləğv oluna bilər. 

News365.az bu barədə “Hürriyet” qəzetinə istinadən xəbər verir.  Nəşr bildirib ki, PKK-nın qurultayının aprelin ortalarında keçiriləcəyi və silahları yerə qoyaraq, özünü buraxmağa qərar verəcəyi gözlənilir. 

“PKK-nın silahı yerə qoyması və özünü buraxması ilə bağlı çox kritik bir mərhələyə daxil oluruq”, - Türkiyə nəşri qeyd edib. 

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan fevral ayında təşkilatı tərksilah olmağa və özünü buraxmağa çağırıb. Öcalanın çağırışına təşkilatdan müsbət cavab verilib.


Sizin reklam burada
Sizin reklam burada