“Paytaxtın
köçürülməsilə bağlı müxtəlif rəsmi şəxslər tərəfindən təkliflər səsləndirilməkdədir.Ən
qəribəsi isə işğaldan azad edilmiş ərazilərdəki, şəhərlərin təklif edilməsidir”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, paytaxtın köçürülməsi və yeni şəhərin qurulması inanılmaz dərəcədə
bahalı və uzunmüddətli bir prosesdir:
“Azərbaycanın
iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alaraq, belə bir addım real deyil.
Bu
tip köçürülmələrə dünya praktikasında baxsaq görərik ki, İndoneziya Cakartadan
Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb.
Misir
yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir. Qazaxıstan isə paytaxtı
Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib.
Odur
ki, Azərbaycan kimi bir ölkənin paytaxt köçürməsi üçün ən azı 30-40 milyard
dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır.
Buna
görə də ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə
qayıdışın təmin edilməsinə külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırkı
şəraitdə bu mövzunu gündəmə.gətirmək məqsədəuyğun deyil.
Amma
bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar.
Lakin onda da paytaxt elə əraziyə köçürülməlidir ki, o nə Ermənistanla sərhədə,
nə də İranla sərhədə yaxın olmamalıdır. Çünki, dünya təcrübəsində paytaxtlar
potensial təhlükədən daha uzaq salınır”.
News365.az