Fransalı ekspert: "Kiyev jurnalistləri "ovlayır"

Fransalı ekspert: "Kiyev jurnalistləri "ovlayır"
01 Apr 2025 11:25

Ukrayna Silahlı Qüvvələri (VSU) jurnalistləri ona görə qəsdən hədəfə alırlar ki, onlar münaqişə ilə bağlı həqiqəti çatdırırlar. Bu barədə hazırda Donbasda fəaliyyət göstərən fransalı ekspert, Beynəlxalq Reportyorlar agentliyinin hərbi müxbiri Loran Brayar Rusiya mediasın açıqlamasında məlumat verib.

Hərbi müxbirlərin və ya sadəcə olaraq cəbhədə ölən adi jurnalistlərin ukraynalılar tərəfindən qəsdən hədəfə alınmasına gəlincə, bu, əslində köhnə hekayədir. 2014-cü ildən ukraynalılar qəsdən jurnalistləri "ovlamağa" başlayıblar. Şünki söhbət məhz ideoloji mübarizədən gedir.

Fransız hərbi müxbir qeyd edib ki, Kiyev jurnalistlərin döyüş meydanına yaxın, təmas xəttində olduğunu və Ukraynadakı vəziyyətlə bağlı həqiqətin cəmiyyətə ötürülməsi üçün xüsusi kanal rolu oynaya biləcəyini yaxşı anlayır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada