Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas İspaniyanın təklif etdiyi Avropa ordusunun yaradılması ideyasına şübhə ilə yanaşdığını bildirib. O, bu barədə İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində danışıb.
Kallas əslində Avropa Birliyinin həqiqətən birlikdə işləməsi üçün 27 ölkənin vahid ordusuna ehtiyac duyduğunu söyləyib.
Diplomat onu da xatırladıb ki, hər bir Aİ ölkəsinin öz hərbi planlaması və öz müdafiə büdcəsi var. Bu səbəbdən NATO-da bir, Avropada isə başqa ordu birləşməsinin meydana çıxması real deyil. Kallas bunun təhlükəli olacağına inandığnı deyib. Çünki hərbi böhran zamanı kimin kimə əmr verdiyi bəlli olmayacaq.
Ötən həftə İspaniyanın baş naziri Pedro Sançes regionda sülhü təmin etmək üçün Avropa ordusunun yaradılmasına çağırıb. Onun sözlərinə görə, dünyada geosiyasi vəziyyət, o cümlədən Donald Trampın Ağ Evə qayıdışı ilə ABŞ-nin siyasi kursunun dəyişməsi səbəbindən mürəkkəbləşib.
Tural