"TikTok"la bağlı sərt AÇIQLAMA: "Son 5 gün qaldı"

"TikTok"la bağlı sərt AÇIQLAMA: "Son 5 gün qaldı"
01 Apr 2025 10:33

Çinin "ByteDance" şirkətinə məxsus "TikTok"un ABŞ seqmentinin satışı ilə bağlı sövdələşmə bu həftə bağlanacaq.

News365.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, proses aprelin 5-dək yekunlaşacaq.

"Bizim çoxlu potensial alıcılarımız var. "TikTok"a böyük maraq var", - dövlət başçısı əlavə edib.

O, ölkədə bu xidmətin bloklanılmaması üçün satılmasının zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, yanvarın 19-da ABŞ-də "ByteDance"dan "TikTok"un ölkədəki seqmentini satmağı tələb edən qanun qüvvəyə minib.


Sizin reklam burada
Sizin reklam burada