Ronaldo 1000 qol hədəfinə çata biləcək?

Ronaldo 1000 qol hədəfinə çata biləcək?
31 Mar 2025 20:45

News365.az xəbər verir ki, İngiltərə futbolunun tanınmış simalarından biri olan Teddy Sheringhem, Cristiano Ronaldonun 1000 qola çatmaq potensialı haqqında maraqlı fikirlər səsləndirib.

Keçmiş hücumçu Ronaldonun oynadığı çempionatın səviyyəsini nəzərə alaraq, bu hədəfə çata biləcəyini bildirib:

"Deyə bilərəm ki, Cristiano Ronaldo karyerasında 1000-ci qolunu vurmağı bacaracaq. Fikrimcə, bu göstəriciyə yaxın iki mövsümdə çatacaq."

Sheringhem vurğulayıb ki, yaş artdıqca qol vurmaq çətinləşir, xüsusilə 40 yaşdan sonra. Lakin Ronaldonun meydanda xüsusi bir üstünlük qazandığını qeyd edib:

"Görünən odur ki, onu meydançada əziyyətə salmaq istəmirlər. Hər dəfə Cristiano meydançaya çıxanda, sanki onun ayağının altına qırmızı xalça sərirlər. Mərkəz müdafəçiləri isə yəqin ki, belə deyirlər: 'Ronaldo, nəyə qadir olduğunu bizə göstər, qol vur ki, biz səni alqışlayaq və oyundan sonra formanı alaq'."

Cristiano Ronaldo hazırda Səudiyyə Ərəbistanında "Əl-Nəsr" klubunun formasını geyinir və peşəkar karyerası ərzində 800-dən çox qol vurub. Onun 1000 qola çatıb-çatmayacağı isə futbol dünyasında böyük maraqla izlənilir.


Sizin reklam burada
Sizin reklam burada