Gimnastımız beynəlxalq turnirin qalibi oldu

Gimnastımız beynəlxalq turnirin qalibi oldu
30 Mar 2025 14:15

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində final günüdür.

Yeniyetmələrin yarışında Azadə Atakişiyeva gürzlərlə hərəkətin finalında qızıl medal qazanıb. Ötən gün təsnifat yarışında da qalib gəlmiş azərbaycanlı idmançı bu dəfə 25.100 xal toplayaraq rəqiblərini qabaqlayıb. Fidan Qurbanlı da eyni finalda çıxış edərək altıncı olub.

Qeyd edək ki, daha əvvəl topla hərəkətdə Şəms Ağagüseynova yeniyetmələrin yarışında bürünc, yeniyetmə qrup komandası isə beş halqa ilə hərəkətlərdə gümüş medal qazanıb.


Sizin reklam burada
Sizin reklam burada