Məktəblərdə dərslər başladı

Məktəblərdə dərslər başladı
01 Apr 2025 09:56

Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq.     

News365.az xatırladır ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. 

Bu səbəbdən aprelin 1-i təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris ediləcək. 

Qeyd edək ki, bu gün Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb.

Ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi.  Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada