Mbappe Ronaldodan danışıb

Mbappe Ronaldodan danışıb
30 Mar 2025 17:55

"Mən və Kriştiano Ronaldo tez-tez danışırıq. O, mənə çoxlu məsləhətlər verir".

Bu sözləri "Real" klubunun hücumçusu Kilian Mbappe deyib.

O, portuqaliyalı futbolçunun rekorduna şərik olduğu üçün çox xoşbəxt hiss etdiyini də bildirib:

"İlk mövsümdə onun qollarına çatdığım üçün çox şadam, hamımız üçün onun nəyi təmsil etdiyini bilirik. Amma ən vacib şey Real Madrid ilə kuboklar qazanmaqdır".

Xatırladaq ki, Mbappe debüt mövsümündə 33-cü qolunu vuraraq Ronaldoya çatıb. "Kral klubu"nda rekord 37 qolla İvan Zamoraya məxsusdur.  (Offsideplus.az)


Sizin reklam burada
Sizin reklam burada