"Araz-Naxçıvan"ın aparıcı futbolçusu Vanderson Melo cəzalı duruma düşüb.
Buna 30 yaşlı yarımmüdafiəçinin "Neftçi" ilə matçda sarı vərəqə alması səbəb olub.
Braziliyalı oyunçu cari mövsümdə 8-ci dəfə bu halla üzləşib. O, aprelin 7-də, 29-cu turda "Sumqayıt"la qarşılaşmanı buraxmalı olacaq.
Qeyd edək ki, Vanderson Melo cari mövsüm Premyer Liqada 26 matçda meydanda olub. "Neftçi" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.