Azərbaycanda 11 nəfərin meyiti tapılıb - DETALLAR + VİDEO

Azərbaycanda 11 nəfərin meyiti tapılıb - DETALLAR + VİDEO
01 Apr 2025 10:23

Novruz və Ramazan bayramları günlərində 501 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb.   

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   

Bildirilib ki,  “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 501 yanğına çıxış, 40 köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

 Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 9-u azyaşlı olmaqla 53 nəfər xilas edilib, 28 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, 11 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. 



Sizin reklam burada
Sizin reklam burada