Amerika Peşəkar Futbol Liqası (MLS) "İnter Mayami"nin ulduz hücumçusu Lionel Messinin mühafizəçisi Yasin Çeukonun matçlar zamanı meydançaya qaçmasını qadağan edib. Bu barədə Bolavip xəbər yayıb.
"Mən yeddi il Avropada, Liqa 1-də və Çempionlar Liqası zamanı işlədim. Bu müddət ərzində meydançaya cəmi 6 nəfər daxil oldum. ABŞ-da cəmi 20 ay ərzində 16 cəhd olub. Mən heç kimdən yaxşı deyiləm, amma Avropada təcrübəm var. Bununla belə MLS-in qərarını anlayışla qarşılayıram", - Çeuko bildirib.
Məlumata görə məlum qadağa hər matçda təhlükəsizliyin yüksək səviyyədə olması ilə bağlıdır. Messinin cangüdəni əvvəllər azarkeşlərin meydançaya qaçmaq cəhdindən sonra tez-tez diqqət mərkəzində olurdu. O, azarkeşlərdən qabaq özünü Messiyə çatdırır. O dünaynın ən məşhur mühafizəçilərindən sayılır.
Çeukonun İraq və Əfqanıstanda döyüş təcrübəsi var. O, qaydasız döyüş və bir neçə qarışıq döyüş (MMA) yarışlarında iştirak edib, ABŞ Ordusu Xüsusi Qüvvələrinin keçmiş əsgəridir.
Tural