Lavrov Türkiyəyə səfər etdi

Lavrov Türkiyəyə səfər etdi
24 Fev 2025 09:30

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu gün Türkiyəyə rəsmi səfərə gəlib.

  News365.az xəbər verir ki, onun Ankarada yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır. 

Səfər çərçivəsində regional və beynəlxalq məsələlər, Rusiya-Türkiyə münasibətləri, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Tərəflərin xüsusilə Ukrayna münaqişəsi, Qara dəniz bölgəsindəki vəziyyət və Suriya ilə bağlı məsələləri gündəmə gətirəcəyi bildirilir. 

Lavrovun səfəri Türkiyə-Rusiya əlaqələrinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından böyük əhəmiyyət daşıyır. 


Sizin reklam burada
Sizin reklam burada