Aytkurman Oмарбекov Qazaxıstan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib.
News365.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.
Müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Aytkurman Oмарбекov bundan əvvəl tutduğu vəzifədən azad edilib.
O, 1977-ci ildə Abay vilayətində anadan olub.
Oмарбекov Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetində “Mənəvi-psixoloji təminatın təşkili”, Avrasiya Humanitar İnstitutunda isə “Hüquqşünaslıq” ixtisasları üzrə təhsil alıb.
Ailəlidir, dörd övladı var.
1997-2014-cü illərdə Qazaxıstan Respublikasının Respublika Qvardiyasında xidmət edib.
2014-2022-ci illərdə Qazaxıstan Respublikasının Dövlət Mühafizə Xidmətində müxtəlif zabit və rəhbər vəzifələrdə çalışıb.
2022-ci ilin yanvarında prezidentin sərəncamı ilə Qazaxıstan Respublikası Dövlət Mühafizə Xidmətinin rəis müavini – Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinin icraçısı təyin edilib.
Həmin ilin fevralında isə Dövlət Mühafizə Xidmətinin rəis müavini – Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub.
Prezidentin 22 oktyabr 2022-ci il tarixli fərmanı ilə ona Qazaxıstan Respublikası Dövlət Mühafizə Xidmətinin general-mayoru xüsusi rütbəsi verilib.
Qeyd edək ki, Qazaxıstan Prezidenti oktyabrın 3-də Müdafiə Nazirliyinin üç rəhbərini vəzifəsindən azad edib.