İran iqtisadi təzyiqlərə qarşı yeni tədbirlər görür - Pezeşkian

İran iqtisadi təzyiqlərə qarşı yeni tədbirlər görür - Pezeşkian
10:25

İran hökuməti artan iqtisadi təzyiqlər fonunda mövcud vəziyyətin idarə olunması üçün yeni yanaşma qəbul edib.

News365.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

Pezeşkian bildirib ki, son aylarda rəqiblərinin məqsədi ölkənin həyati əhəmiyyətli iqtisadi əlaqələrini kəsərək İran xalqına təzyiq göstərmək olub.

Prezident iqtisadi təzyiqlərin artdığını etiraf edib. Bununla belə, o, xalqın dəstəyi və rəsmilərin gördüyü tədbirlər sayəsində qarşı tərəfin iqtisadi müharibədə məqsədlərinə çatmasının qarşısının alındığını vurğulayıb.

Pezeşkian yeni yanaşmanın təfərrüatlarını açıqlamayıb.


Sizin reklam burada
Sizin reklam burada