Tehranda səfərdə olan Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanın rəsmi görüşləri başlayıb.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan İran XİN rəhbəri Abbas Arakçi ilə ayrıca görüşüb. Görüşdə ikitərərəfli münasibətlər, regional məsələlər müzakirə olunub.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri digər yüksək vəzifəli şəxslərlə də görüşlər keçirəcək.
Mirzoyan İran İslam Respublikasında rəsmi səfərdədir. Gündəliyə Ermənistan və İran arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran regional məsələlər daxildir.