“Hicab qadağası” iddiası Türkiyəyə qədər yayıldı – politoloqdan çağırış

“Hicab qadağası” iddiası Türkiyəyə qədər yayıldı – politoloqdan çağırış
12:36

Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) təşkilatı Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib.

Aksiya Azərbaycanda “hicab qadağasına etiraz” məqsədilə təşkil olunub.


Onun sözlərinə görə, Azərbaycanda məktəbli geyimləri ilə bağlı Nazirlər Kabinetinin qərarında “hicab qadağandır” ifadəsi yer almır.

“Lakin buna rəğmən ‘hicab qadağası’ deyə bir məsələ ortaya çıxdı. Ən pisi də bəzi məktəblərdə hicablı qızların dərsə buraxılmadığını əks etdirən görüntülərin sosial şəbəkələrdə geniş yayılmasıdır. Mən şəxsən hicablı uşaqların məktəbə gedib-gəldiyinin şahidi oluram. Hətta bir neçə dəfə maraqlandığım məktəblərə gedərək onların heç bir problemlə üzləşmədən içəri daxil olduqlarını görmüşəm”, – deyə politoloq qeyd edib.

Turan Rzayev hesab edir ki, rəsmi qurumlar məsələ ilə bağlı aydın açıqlama verməli və yaranmış qeyri-müəyyənliyə son qoymalıdır.

Politoloqun fikrincə, məsələ düzgün izah olunmadığı təqdirdə bunun müxtəlif fəsadları yarana bilər. O bildirib ki, belə vəziyyət inanclı insanların dövlətə münasibətinə təsir göstərə, bəzi şəxslərin xarici təsir dairələrinə yönəlməsinə və uşaqların təhsildən uzaqlaşdırılmasına səbəb ola bilər.

“İnanclı şəxslər inanclarını qanunlardan üstün tutaraq övladlarını təhsildən yayındıra bilərlər. Həmçinin uşaqların mədrəsə tipli dini təhsil ocaqlarına və ya xarici ölkələrdəki dini təhsil müəssisələrinə göndərilməsi riski yarana bilər”, – deyə o vurğulayıb.

Turan Rzayev məsələnin Azərbaycanın beynəlxalq imicinə və iqtisadi maraqlarına da təsir göstərə biləcəyini bildirib.

O qeyd edib ki, Azərbaycana ərəb və müsəlman ölkələrindən hər il çoxsaylı turistlər gəlir, həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdən Azərbaycana investisiyalar yatırılır.

“Hicab məsələsi həm ölkəyə gələn turist axınına, həm də investisiya axınına təsir edə bilər. Bu isə dövlətin bir sıra strateji planlarına zərbə vura bilər”, – deyə politoloq bildirib.


Sizin reklam burada
Sizin reklam burada