Bu yolda 50-dən çox sürücü cərimələnib

Bu yolda 50-dən çox sürücü cərimələnib
13:28

Dəmirçizadə küçəsindən Qarabağ küçəsinə gedən yolda hərəkət sxemi dəyişdirilib. Artıq əvvəllər düzünə hərəkət üçün istifadə olunan zolaq ləğv edilib və həmin hissə yalnız avtobusların hərəkətinə ayrılıb.

News365.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolara əsasən, dəyişiklikdən xəbərsiz bəzi sürücülər avtobus zolağına daxil olduqları üçün 100 manat cərimə və 2 bal alıblar.

İddialara görə, qaydanın tətbiqindən cəmi bir saat ərzində 50-dən çox sürücü cərimələnib.


Sizin reklam burada
Sizin reklam burada