Azərbaycan deputatları Andorraya səfər edəcəklər

Azərbaycan deputatları Andorraya səfər edəcəklər
11:48

Milli Məclisin deputatları ATƏT Parlament Assambleyasının (ATƏT PA) 24-cü payız sessiyasında iştirak etmək üçün Andorraya səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Pərvin Kərimzadə və Azay Quliyev oktyabrın 6-da Andorra Knyazlığının Andorra la Vella şəhərinə yola düşəcəklər.

Sessiya çərçivəsində enerji suverenliyinin gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və hibrid təhdidlərdən müdafiə məsələləri müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyəti də bu müzakirələrdə iştirak edəcək.

Səfər oktyabrın 10-da başa çatacaq.


Sizin reklam burada
Sizin reklam burada