Emin Əmrullayev: Məktəbəqədər təhsil çox vacibdir

Emin Əmrullayev: Məktəbəqədər təhsil çox vacibdir
11:15

“Məktəbəqədər hazırlıq səviyyəsində fərqlərin aradan qaldırılması çox vacib məsələdir”.

News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə Yeni Çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, şagirdlərin məktəbə başlamazdan əvvəl hazırlıq səviyyələri arasında ciddi fərqlərin olması təhsil prosesinə də təsir göstərir.

Onun sözlərinə görə, məktəbəqədər mərhələdə uşaqların zəruri bilik və bacarıqlara yiyələnməsi onların sonrakı təhsil həyatında daha bərabər imkanlara malik olması baxımından əhəmiyyətlidir.

Emin Əmrullayev qeyd edib ki, bu məsələnin həlli üçün məktəbəqədər təhsilin əhatəliliyinin və keyfiyyətinin artırılması vacib istiqamətlərdəndir.

Nazir həmçinin bildirib ki, bu il ilk dəfə olaraq oxu bacarıqlarının müşahidəsi ilə bağlı araşdırma aparılıb və nəticələr açıqlanacaq.


Sizin reklam burada
Sizin reklam burada