Almaniyanın Baden-Vürtemberq federal torpağının Heylbronn dairəsində yerləşən Gündelşaym şəhəri yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
News365.az xəbər verir ki, bu barədə SWR tele-radio şirkəti polisə istinadən məlumat yayıb.
Bizi Instagramda izləyin << Məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər həlak olub.
Bildirilib ki, təyyarə eniş zamanı hasara ilişib və ağaca toxunub. Bundan sonra yerə düşərək qəzaya uğrayıb.
Hadisə yerinə polis, həmçinin yanğınsöndürmə və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub. Qəza yerində başlayan yanğın artıq söndürülüb.