Rusiyanın ballistik raket ehtiyatı artıq təxminən 700 ədədə çatıb.
News365.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında deyib.
“Rusiyanın 700-ə qədər ballistik raket ehtiyatı və bir neçə min digər raketi var. Onların belə bir ehtiyatı mövcuddur. Rusiya ayda təxminən 130-140 ballistik raket istehsal edir. Bu, müvafiq reaksiya tələb edir", - Zelenski deyib.