Alim Qasımovdan Pünhanın “15 min manat istədi” iddiasına CAVAB

Alim Qasımovdan Pünhanın “15 min manat istədi” iddiasına CAVAB
14:01

Xalq artisti, xanəndə Alim Qasımov müğənni Pünhan Piriyevin onun toyunda iştirak etmək üçün 15 min manat tələb etməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Alim Qasımov News365.az-a açıqlamasında məsələ ilə bağlı Pünhanla öz aralarında danışdıqlarını deyib.

Xalq artisti Pünhanın açıqlamasının doğru olduğunu bildirib:

“Pünhan nə deyirsə, doğru deyir. Bu, iki kişi arasında olan söhbətdir. Öz aramızda danışmışıq və məsələ bitib. İndi onu aldadıblar, durub danışıb”.

Qeyd edək ki, müğənni Pünhan Piriyev bir müddət əvvəl baş tutan toyuna Alim Qasımovu da dəvət etdiyini açıqlayıb. O, Xalq artistindən toyunda iştirak etməsini xahiş etdiyini, lakin bunun müqabilində 15 min manat tələb olunduğunu bildirib.


Sizin reklam burada
Sizin reklam burada