Pünhan toy söhbətini açdı: Alim Qasımov nə qədər qonorar istəyib? - VİDEO

Pünhan toy söhbətini açdı: Alim Qasımov nə qədər qonorar istəyib? - VİDEO
10:55

Müğənni Pünhan Piriyev Xalq artisti, tanınmış xanəndə Alim Qasımovla bağlı maraqlı açıqlama verib.

Pünhan Piriyev bildirib ki, toyuna Alim Qasımovu xüsusi hörmətlə dəvət etmək istəyib. O, xanəndəyə telefonla zəng edərək onu toyunda görmək istədiyini deyib:

“Alim müəllimə zəng vurdum, dedim: ‘Usta, mənim sizin sənətinizə böyük hörmətim var. Mənim toyumda xahiş edirəm, gəlin məni təbrik edin’. Dedi: ‘Məni necə dəvət edirsən?’ Dedim: ‘Böyük kimi, ağsaqqal kimi, el sənətkarı kimi. Açılışı da istəsəniz edərsiniz, istəməsəniz etmərsiniz’.

Pünhan Piriyevin sözlərinə görə, Alim Qasımov bu təklifə “15 min ver, gəlim” cavabını verib.

“Mən də dedim: ‘Allah ömrünüzü uzun eləsin, Allah canınızı sağ eləsin’. Söz yox, mən onu əli boş yola salmayacaqdım. Yaxşı ki, mən bu toyu elədim, tanıdım hamınızı”, – deyə müğənni bildirib.



Sizin reklam burada
Sizin reklam burada