Könüllü donor olanların sayı 1800-ə yaxındır

Könüllü donor olanların sayı 1800-ə yaxındır
13:11

Azərbaycanda 1500-dən çox şəxsin orqan və toxuma transplantasiyasına ehtiyacı var.

News365.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən saytın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, həmin şəxslərin böyrək, qaraciyər, ürək, sümük iliyi və buynuz qişa transplantasiyasına ehtiyacı var.

2026-cı ilin ilk doqquz ayında beş meyit donordan götürülmüş 25-dən çox orqan və toxuma transplantasiya məqsədilə köçürülüb.

Mərkəzdən bildirilib ki, Azərbaycanda ölümündən sonra orqan və toxumalarının donorluğuna könüllü razılıq verən şəxslərin sayı 1800-ə yaxındır. Vətəndaşlar sağlıqlarında rəsmi ərizə ilə və ya onlayn qeydiyyatdan keçərək buna razılıq verə bilirlər.


Sizin reklam burada
Sizin reklam burada