Laçında növbəti əmək yarmarkası keçiriləcək

Laçında növbəti əmək yarmarkası keçiriləcək
14:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın şəhərində növbəti əmək yarmarkası keçirəcək.

Tədbir oktyabrın 29-u Laçın şəhərində Azərbaycan Prezidentinin İşlər İdarəsinin "Laçın" İstirahət Kompleksində təşkil olunacaq.

İstirahət Kompleksinin dəstəyi ilə keçiriləcək yarmarkada 20 işəgötürən tərəfindən mühəndis-mexanik, baş mühasib, sürücü, aşpaz, qazanхаnа оperаtоru, nasos qurğularının maşinisti, yanğınsöndürən xilasedici və s. iş yerləri üzrə 121 vakansiya təqdim ediləcək.

Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Həmçinin, işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları və bu proqramlara müraciət qaydaları barədə də məlumat veriləcək.



Sizin reklam burada
Sizin reklam burada