Rusiyada maraqlı hadisə baş verib. Sovetski rayonunda növbəli şəkildə işləyən fəhlələr məhəlləyə girən ac ayı ilə qarşılaşıblar. Onlar yırtıcını videoya çəkiblər. Bu barədə “Muksun.fm” Telegram kanalında məlumat yayılıb.
"Heyvan Lovinka kəndində müşahidə olunub, bir qadın yaşı az olan ayını videoya çəkib. Videokadrlarda müəllif ayını fərq etməyən yoldan keçən insanlara qışqıraraq xəbərdarlıq edir. Eyni zamanda, yırtıcı onun səsinə aqressiv reaksiya verir",- nəşr yazıb.
“Ugra-news” portalının məlumatına görə isə vəhşi heyvan sonradan xüsusi qurğularla qorxudulub və bundan sonra bir daha insanların qarşısına çıxmayıb.
Tural