İstefa verən baş prokuror Ukraynanı tərk etdi

İstefa verən baş prokuror Ukraynanı tərk etdi
12:45

Ukraynanın istefa verən baş prokuroru Ruslan Kravçenko ölkəni tərk edib. 

News365.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb. 

O, xaricdə işgüzar səfərdə olduğunu qeyd edib. Səfər zamanı Kravçenkonun bir sıra görüşləri planlaşdırılıb və bu görüşlər zamanı beynəlxalq tərəfdaşları korrupsiyaya qarşı mübarizə sistemindəki mövcud vəziyyət barədə məlumatlandırmağı planlaşdırır.

Qeyd edək ki, Ruslan Kravçenko sentyabrın 8-də Ukraynanın Baş prokuroru vəzifəsindən istefa verib. Onun istefası Ukraynanın Milli Korrupsiya ilə Mübarizə Bürosu və İxtisaslaşdırılmış Korrupsiya ilə Mübarizə Prokurorluğu tərəfindən başladılan genişmiqyaslı istintaq tədbirləri fonunda baş verib.


Sizin reklam burada
Sizin reklam burada