İranın hərbi qanadı ABŞ ilə razılaşmaya getməyəcək

İranın hərbi qanadı ABŞ ilə razılaşmaya getməyəcək
12:05

İranda real hakimiyyətə nəzarət edən hərbi qanadın ABŞ ilə yeni razılaşmaya isti yanaşmadığı və regionda gərginliyin daha da arta biləcəyi bildirilir.

Bu fikirləri politoloq Natiq Miri News365.az-a açıqlamasında səsləndirib.


Onun sözlərinə görə, İranda əsas qərarverici qüvvə hesab olunan hərbi dairələr ABŞ ilə anlaşma perspektivinə müsbət yanaşmır.

"Hazırkı İran rejimində real hakimiyyəti əlində saxlayan hərbi qanad, xüsusilə də SEPAH hesab edir ki, ABŞ ilə hər hansı yeni razılaşma mümkün deyil. Bu istiqamətdə yaxın zamanda sərt bəyanatların verilməsi ehtimalı yüksəkdir", – deyə politoloq bildirib.

N. Miri qeyd edib ki, oxşar mövqe Hörmüz boğazı ilə bağlı məsələlərdə də müşahidə olunur.

"Hörmüz boğazının açıq qalması və ona nəzarət məsələsində də İranın hərbi dairələri sərt mövqe nümayiş etdirir. Hazırkı mərhələdə onların daha çox hərbi qarşıdurma xəttini seçəcəkləri gözlənilir", – o bildirib.

Politoloqun fikrincə, bu vəziyyət yaxın dövrdə regionda eskalasiyanın daha da dərinləşməsinə səbəb ola bilər.

"Düşünürəm ki, gərginlik bundan sonra daha da artacaq. Müəyyən mərhələdə beynəlxalq güclərin prosesə daha fəal müdaxiləsinin şahidi ola bilərik. Hətta İranın Hörmüz boğazındakı bəzi adaları ilə bağlı müxtəlif hərbi ssenarilər də gündəmə gələ bilər. Belə olacağı təqdirdə, bölgədə qarşıdurmanın daha da genişlənməsi istisna deyil", – deyə Natiq Miri vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada