Trampı öldürməklə hədələyən şəxs həbs edildi

Trampı öldürməklə hədələyən şəxs həbs edildi
12:38

ABŞ-də Prezident Donald Trampı qətlə yetirməklə hədələyən şəxs həbs edilib.

News365.az xəbər verir ki, bu barədə Kaliforniyanın mərkəzi dairəsi üzrə prokuror aparatı məlumat yayıb.

"O, Prezident Donald Trampı öldürməklə təhdid etməkdə, internet vasitəsilə izləmədə, eləcə də dövlət başçısının şəxsi vəkili və onun ailəsini təqib etməkdə təqsirləndirilir", - deyə açıqlamada qeyd olunub.

Həbs olunan şəxs əvvəllər Trampa olan nifrətini ifadə etmək məqsədilə podkastlar yayımlayıb, öz şəxsi veb-saytından və müxtəlif sosial şəbəkələrdən istifadə edib.

Təqsirləndirilən amerikalını 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.


Sizin reklam burada
Sizin reklam burada