Almaniyada benzin qiyməti rekord vurub: Yaxın Şərq gərginliyi yanacaq bazarını sarsıtdı

Almaniyada benzin qiyməti rekord vurub: Yaxın Şərq gərginliyi yanacaq bazarını sarsıtdı
13:20

İran və ABŞ arasında münaqişənin yenidən kəskinləşməsi fonunda Almaniyada yanacaq qiymətləri tarixi rekordunu təzələyib. "Bild" nəşrinin məlumatına görə, ölkə daxilində "Super E10" markalı benzinin bir litrinin orta satış qiyməti 2,215 avroya çatıb.

Bu göstərici ilə 2022-ci ilin mart ayında qeydə alınan əvvəlki pik hədd (2,203 avro) geridə qoyulub.

Ekspertlər qiymət sıçrayışının əsas səbəblərini belə izah edirlər:

  • Hərbi müdaxilənin təsiri: ABŞ-nin İrana cavab zərbələrindən sonra qlobal neft bazarında təkliflə bağlı narahatlıqlar kəskin artıb.

  • Xammalın bahalaşması: Dünya bazarında xam neftin qiymətinin sürətlə yüksəlməsi birbaşa YDM-lərdəki göstəricilərə təsir edib.


Sizin reklam burada
Sizin reklam burada