Qusarda kənd yumurtasının qiyməti 60 qəpiyə qalxdı – Foto

Qusarda kənd yumurtasının qiyməti 60 qəpiyə qalxdı – Foto
16:00

Qusar şəhərindəki mərkəzi bazarda kənd yumurtasının qiyməti 60 qəpiyə qalxıb.

News365.az-ın məlumata görə, ötən gün ədədi 50 qəpiyə satılan kənd yumurtası bu gün 10 qəpik bahalaşıb.

Bildirilir ki, bazarda kənd yumurtası tapılmır və yaranan qıtlıq səbəbindən qiymət artıb.

Qusar bazarında kənd yumurtasının bu gün 60 qəpik olmasını Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Xələf Babayev də təsdiqləyib. 

O bildirib ki, bu vəziyyət kəndlərdə toyuqların əsasən bakterioz xəstəliyinə tutularaq tələf olması, toyuqların sayının kəskin azalması və mövcud olanların da qış dövründə az yumurta verməsi ilə bağlıdır.

Onun sözlərinə görə, bu vəziyyət yanvarın sonunadək davam edə və yumurtanın qiyməti daha da arta bilər. Xələf Babayev əlavə edib ki, qurum olaraq onlar bazar qiymətlərinə müdaxilə etmirlər, yalnız gündəlik olaraq kənd təsərrüfatı məhsullarının qiymətləri barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat verirlər.


Sizin reklam burada
Sizin reklam burada