"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
News365.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Məhkəmənin hökmü ilə Bəşir Süleymanlı 1 il müddətinə müəyyən vəzifələri tutmaq hüququndan da məhrum edilib.
Qeyd edək ki, Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsində aparılan araşdırma çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma maddələri ilə təqsirləndirilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Həmin iş çərçivəsində Bəşir Süleymanlı da daxil olmaqla, bir sıra QHT nümayəndələrinin cinayət işləri ayrı-ayrı icraatlarda məhkəməyə göndərilib.