ABŞ-Çin qarşıdurmasında yeni cəbhə: Texnologiya savaşı dərinləşir

ABŞ-Çin qarşıdurmasında yeni cəbhə: Texnologiya savaşı dərinləşir
14:44

ABŞ və Çin arasında qlobal liderlik uğrunda rəqabət artıq təkcə iqtisadiyyat və ticarətlə məhdudlaşmır. Texnologiya sahəsində əldə olunan nailiyyətlər iki ölkənin geosiyasi güc balansına təsir edən əsas amillərdən birinə çevrilib. Xüsusilə yarımkeçiricilər və süni intellekt sahəsindəki üstünlük uğrunda mübarizə Vaşinqtonun Pekinə münasibətində strateji yanaşmanı ön plana çıxarır.

News365.az xəbər verir ki, bu barədə politoloq Tural İsmayılov bildirib.

x

Onun sözlərinə görə, ABŞ Çinin texnoloji inkişafını artıq sadəcə iqtisadi rəqabət kimi qiymətləndirmir. Vaşinqton Pekinin bu sahədə sürətlə irəliləməsini özünün uzunmüddətli geosiyasi mövqelərinə təsir göstərə biləcək ciddi çağırış hesab edir.

Politoloq qeyd edib ki, qabaqcıl yarımkeçiricilər və süni intellekt sistemləri yalnız iqtisadi məhsuldarlığın artırılması baxımından əhəmiyyət daşımır. Bu texnologiyalar eyni zamanda hərbi sənayenin modernləşdirilməsinə, kəşfiyyat imkanlarının genişləndirilməsinə və müşahidə sistemlərinin təkmilləşdirilməsinə şərait yaradır.

T.İsmayılovun fikrincə, məhz bu amillər ABŞ-Çin rəqabətində texnoloji üstünlüyü strateji əhəmiyyətli məsələyə çevirir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada