Tbilisidə yaşayış binasında partlayış: Yeddi nəfər dağıntılar altında qalıb

Tbilisidə yaşayış binasında partlayış: Yeddi nəfər dağıntılar altında qalıb
15:30

"Xilasedicilər Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş vermiş qaz partlayışından sonra itkin düşən yeddi nəfərin axtarışlarını davam etdirirlər".

News365.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili hadisə yerində jurnalistlərə açıqlamasında bildirib:

"Yeddi nəfərin yerinin müəyyən edilməsi məqsədilə axtarış tədbirləri həyata keçirilir. Onlar itkin düşmüş hesab olunurlar və aralarında üç uşaq var. Digər sakinlər təxliyə ediliblər".

O, həmçinin xəsarət alan dörd nəfərdən birinin vəziyyətinin ağır olduğunu vurğulayıb:

"Bununla belə, onların hamısı tibb müəssisəsinə yerləşdirilib və hazırda onlarla ünsiyyət qurmaq mümkündür".

Partlayış səhər saatlarında qeydə alınıb. İlkin ehtimallara görə, hadisəyə mənzillərin birində qaz sızması səbəb olub. Əvvəlcə üç nəfərin yaralandığı bildirilsə də, sonradan Səhiyyə Nazirliyi zərərçəkənlərin sayının dördə çatdığını bəyan edib.


Sizin reklam burada
Sizin reklam burada